Dibala Argentina xəstəxanalarına ianə edib

Dibala Argentina xəstəxanalarına ianə edib

Turin "Yuventus"unun hücumçusu Paulo Dibala koronavirus pandemiyası ilə mübarizədə kömək üçün Argentina xəstəxanalarına 160 min avro məbləğində ianə edib.

“Report”un məlumatına görə, bu barədə “La Gazzetta dello Sport” bildirib.

"Paulo Rouson, San-Roke Florensio Dias xəstəxanalarına avadanlığın alınması üçün ianə edib. Artıq hər şey alınıb. Paulo Kordova əyalətinin naziri ilə əlaqədədir. Bir neçə gün sonra hər şey göndəriləcək", - hücumçunun qardaşı Qustavo bildirib.

İyirmi altı yaşlı Dibala Kordova əyalətinə məxsus Laquna-Larqa şəhərindəndir. O, cari mövsümdə İtaliya çempionatının 24 matçında (17 matçda əsas heyətdə - red) iştirak edərək yeddi qol vurub və dörd məhsuldar ötürmə edib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər