Avstriya klubu millimizin futbolçusu ilə yollarını ayırdı

Avstriya klubu millimizin futbolçusu ilə yollarını ayırdı

Avstriyanın "Austriya" (Klaqenfurt) klubu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Barış Ekincierlə yollarını ayırıb. 

Klubun rəsmi saytı xəbər verir ki, icarə əsasında II liqa təmsilçisində çıxış edən 21 yaşlı yarımmüdafiəçi iyunun 1-də Almaniyanın "Bohum" klubuna qoşulacaq. 

"Austriya" bütün futbolçuların imzaladığı formanı Barış Ekincierə təqdim edib. 

Avstriyada mövsümün iyunda bərpası planlaşdırılsa da, Klaqenfurt təmsilçisi Ekincierlə vidalaşmaq barədə razılığa gəlib.

Oyunçu açıqlamasında deyib ki, təəssüf ki, işlər hər iki tərəfin ümid etdiyi kimi getmədi: "Komandada özümü çox rahat hiss edirdim". 

Barış Ekincierin "Bohum"la müqaviləsi 2022-ci ilin yayında başa çatır.  "Bohum" II Bundesliqada 35 xalla 10-cu yerdədir. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər