Latın Amerikasında aclıq “pandemiyası”

Latın Amerikasında aclıq “pandemiyası”
Koronavirus regionda ərzaq təhlükəsizliyi riskini artırıb

Koronavirus pandemiyası Latın Amerikası üçün “aclıq pandemiyası”na çevrilə bilər.

BMT-nin Ümumdünya Ərzaq Proqramı bu barədə xəbərdarlıq edib.

Xəbərdarlıqda, təxminən, 14 milyon insanın pandemiya ilə əlaqədar aclıqla üzləşəcəyi qeyd olunur.

İş yerlərinin bağlanması, iqtisadi fəallığın dayanmasından, xüsusilə, Braziliya, Argentina, Peru və Kolumbiya kimi ölkələr daha çox əziyyət çəkirlər.

Müəyyən hallarda acından ölmək üzrə olan insanlar karantin məhdudiyyətlərini kobud şəkildə pozaraq pul və ərzaq axtarışına çıxırlar.

Hökumətlər əhalinin ərzaq təhlükəsizliyini təmin etməyə çalışsa da, BMT ekspertləri bunun kifayət etmədiyini bildiriblər.

Qeyd edək ki, regionda virusa yoluxma halları sürətlə davam edir.

Braziliyada virusa yoluxanların sayı 414 mini ötüb.

Braziliya yoluxma hallarına görə statistikada Amerika Birləşmiş Ştatlarından sonra ikinci yerdə gəlir.

Burada 25 mindən çox insan virusun qurbanı olub.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər