İranda silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma - Ölənlər var

İranda silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma - Ölənlər var

İranın Kürdüstan əyalətinin Sərdəşt sərhəd bölgəsində silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma qeydə alınıb.

APA-nın Tehran bürosunun məlumatına görə, insident sərhədçilərin patrul xidməti yerinə yetirərkən sərhədi keçməyə cəhd edən silahlı dəstə arasında baş tutub.

Atışma nəticəsində silahlı şəxslərdən bir neçə nəfər öldürülüb.

Həmçinin İran sərhədçilərindən 3 nəfər həyatını itirib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər