3700 ailəni əhatə edən üç kompleks - VİDEO

3700 ailəni əhatə edən üç kompleks - VİDEO
“Qobu Park-3”də ilk dəfə xalçaçılıq emalatxanası da istifadəyə verilib

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü salınmış “Qobu Park” yaşayış komplekslərinin üçüncü mərhələsi – “Qobu Park-3” istifadəyə verildi. Yeni kompleksdə 1336 məcburi köçkün ailəsi yerləşəcək. Bütövlükdə Qobu qəsəbəsində 3 layihədə toplam 3700-ə yaxın məcburi köçkün ailəsi yerləşdiriləcək, 20 minə yaxın insan yaşayacaq.

Yeni kompleksdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin layihəsi olan “Xarı bülbül” xalçaçılıq və naxış emalatxanası da istifadəyə verilib.

İlk dəfə həyata keçirilən bu layihənin məqsədi məcburi köçkünlərin məşğulluğunun artırılması, sosial rifah halının daha da yaxşılaşdırılmasıdır. Burada həm xalça toxumağın sirləri öyrədiləcək, həm də istehsal prosesi təmin ediləcək.

Layihəyə il ərzində “Qobu Park-1”, “Qobu Park-2” və “Qobu Park-3” yaşayış komplekslərində, həmçinin Qaradağ rayonu ərazisində yaşayan 70 məcburi köçkün cəlb ediləcək.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər