Bərpa tarixi dəyişdi

Bərpa tarixi dəyişdi
“A seriyası”nda oyunlar iyunun 20-də bərpa olunacaq

Koronavirus pandemiyası üzündən dayandırılan futbol üzrə İtaliya A seriyasının 2019/2020-ci il mövsümünün bərpası ilə bağlı növbəti qərar qəbul olunub.

Yarışın davam etdiriləcəyi tarix yenidən dəyişdirilib. Bu barədə ölkənin idman naziri Vinçentso Spadafora açıqlama verib. O bildirib ki, A seriyasında oyunlar iyunun 20-də bərpa olunacaq.

Qeyd edək ki, buna qədər İtaliya çempionatının iyunun 13-də bərpa olunması planlaşdırılırdı.

Xatırladaq ki, martın 13-də dayandırılan A seriyasına 26 turdan sonra 63 xala malik “Yuventus” başçılıq edir. İkinci pillədə qərarlaşan “Latsio” turinlilərdən 1 xal geri qalır. 1 oyun az keçirən “İnter” isə 54 xalla 3-cü yerdədir.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər