Neftin qiyməti ilə oynayanlar - VİDEO

Neftin qiyməti ilə oynayanlar - VİDEO
Neft bazarında müşahidə olunan qeyri-sabitlikdə maraqlı olanlar var

Son günlər neftin qiymətində yüksək volatillik müşahidə olunur.

Əvvəllər qara qızılın qiyməti günaşırı dəyişirdisə, indi gün ərzində keçirilən hərraclarda satılan partiyalar arasında qiymət fərqi 1,5-2 dollar olur. Məsələn, günün əvvəlində neftin qiyməti 36 dollardısa, hərraclar dayanarkən o öz dəyərini 1,5-2 dollar itirə və yaxud əksinə artıra bilər. Bu da qiymət dinamikasında ziqzaqvari əyri yaradır.

Ekspert deyir ki, bunu təbii qarşılamaq lazımdır. Çünki martın sonu, aprel ayı ərzində tankerlərdə yığılıb qalan nefti bazarda daha sərfəli qiymətə realizə etmək lazımdır. Ümumiyyətlə isə bazarda artımın olması müsbət haldır və bazar iştirakçılarının gələcəyə inamını formalaşdırır.

Dünya bazarında neftin qiymətinə gəlincə, Londonun ICE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,22 dollar geriləyərək 35,07 dollar, Nyu-Yorkun NYMEX birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,56 dollar ucuzlaşaraq 33,15 dollar təşkil edib.

Azərbaycan neftinin qiyməti isə bahalaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,71 dollar artaraq 35,84 dollar təşkil edib.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər