13-cü “Tələbə baharı“ onlayn keçirildi - FOTOLAR

13-cü “Tələbə baharı“ onlayn keçirildi - FOTOLAR
Seçim turlarına 15 ali təhsil müəssisəsindən 200-dən çox gənc qatılıb

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 2007-cı ildən etibarən hər il ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən “Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalının bu ilki seçim turları COVİD-19 pandemiyası ilə əlaqədar onlayn şəkildə baş tutub.

İstedadlı gənclərin üzə çixarılmasında vacib rol oynayan layihənin seçim turlarına  bu dəfə 15 ali təhsil müəssisəsindən 200-dən çox gənc qatılıb.

29 may 2020-cu il tarixdə Festivalın Qala konserti myuzikl formatında keçirilib. Layihə televiziya variantında hazırlanaraq tamaşaçılara təqdim ediləcək.

2009-cu ildə Avroviziya mahnı müsabiqəsində  Azərbaycanı təmsil edən və 3-cü yerin qalibi olan Aysel Teymurzadə  və 2011-ci ildə Azərbaycana  möhtəşəm  qələbəni  - birinciliyi bəxş edən Eldar Qasımov da məhz  "Tələbə baharı" festivalının iştirakçı və qalibləri olublar.

2011-ci İldən etibarən “Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə keçirilir.

Festivalın keçirilməsində məqsəd, tələbə yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrində fəaliyyət göstərən dərnəklər arasında gənclərin mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaqdır. Eyni zamanda, gənclərə dövlət qayğısını artırmaq, onların asudə vaxtlarının səmərəli təşkil edilməsi sahəsində səyləri gücləndirmək, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaq da, layihənin əsas istiqamətlərindəndir.

REAL

Digər xəbərlər
Bu gün
Dünən