Mənzillərin satışı iyunun 30-dan iyulun 7-dək davam edəcək - VİDEO

Mənzillərin satışı iyunun 30-dan iyulun 7-dək davam edəcək - VİDEO
MİDA mənzilləri satışa çıxaracaq

Bakı şəhəri, Suraxanı rayonunda yerləşən Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 249 mənzilin satışı iyunun 30-u saat 11:00-da başlayacaq və iyulun 7-si saat 11:00-dək davam edəcək.Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.

Müsahibim Mənzillərin otaq sayına görə sahəsini və mənzillərin qiymətlərinidə açıqladı.

Qeyd edək ki,Hövsan yaşayış kompleksində ilk satışa çıxarılan binada 1 ,2 və 3 otaqlı olan mənzillər təqdim olunur.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər