Sahibkarlar üçün yeni imkan (VIDEO)

 Sahibkarlar üçün yeni imkan (VIDEO)
Mayın 31-dən iri ticarət mərkəzləri açılır, restoranların iş saati uzadılır

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət 31 may 2020-ci il saat 00:00-dan etibarən saat 08:00-dan 22:00-dək həyata keçiriləcək. Bundan başqa, mayın 31-dən ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti bərpa olunur. Bu icazə iri ticarət mərkəzlərinin və “Mall”arın nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarına aid deyil.

Kiçik və orta sahibkarlığın mühüm elementləri olan ticarət mərkəzlərinin fəaliyyətinin bərpası, iri şəhərlərdə kafe və restoranlarının iş saatlarının uzadılması sahibkarların gəlirlərinə, eləcə də ölkədə kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinə təsiri müsbət olacaq. İqtisadiyyatımız mərhələli qaydada normal vəziyyətinə dönməyə başlayacaq. Lakin yumşalmanın uzunmüddətli olması həm də sahibkarlardan asılıdır. Çünki pandemiya bitməyib və təkcə mayın 29-da koronavirusa 230 yoluxma faktı qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanda karantin rejimi iyunun 15-nədək uzadılsa da, Nazirlər Kabineti yanında Operativ Qərargah bir sıra məhdudiyyətləri aradan qaldırıb. Fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir.

Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər