Sümüyə düşən virus havası - VİDEO

Sümüyə düşən virus havası - VİDEO
Koronavirusun böyütmədiyi adamlar

Gördüyünüz bu insanlar başqa planetdən gəlməyib. Məkan da bizə yad deyil. Hamımızın tanıdığı "Tarqovıy" adlanan ərazidir.

İnanmaq istəyirəm ki, onlar koronavirusa yoluxma sayının 230-a çatmasını qeyd etmirlər. Bəlkə koronavirus oynayan adama yoluxmur biz bilmirik? Tragikomik vəziyyətdir.

Yoluxma halları artmasın deyə yas və toy mərasimləri keçirilmir. Belə olan halda şəhərin mərkəzində şəbih çıxardan bu insanların yolu mütləq xəstəxanadan keçəcək. Qadağaya meyl etmək uşaq psixologiyasına xasdır.

Görünən odur ki, koronavirus bizi hələ də böyütməyib. Sayənizdə o yayılır, artır, nəfəsdən nəfəsə ciyərdən ciyərə keçir. Əl qaldırıb oynadığınız vaxt evdə sizi gözləyən yaşlılarınızı düşünün, sizin sümüyünüzə düşən, onların nəfəsinə də düşə bilər.

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər