Danimarka Almaniya, Norveç və İslandiya ilə sərhədlərini açır

Danimarka Almaniya, Norveç və İslandiya ilə sərhədlərini açır

Almaniya, Norveç və İslandiya vətəndaşları iyun ayının 15-dən etibarən Danimarkaya səfər edə biləcəklər.

“Report”un verdiyi məlumata görə, bunu Baş nazir Mette Frederiksen keçirdiyi mətbuat konfransında bəyan edib.

“Atacağımız növbəti addım sərhədlərin açılmasıdır. Danimarka açıq iqtisadiyyatı olan kiçik bir ölkədir, həyatımızın əsasını digər ölkələrlə ticarət təşkil edir. Biz böyük bir turist axınına alışan ölkəyik. Həm Danimarkanın, həm də dünyanın yaşadığı koronavirus epidemiyasına baxmayaraq sərhədləri açmaq istəyirik”- o, bildirib.

Qeyd edək ki, Danimarka koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün 14 mart tarixindən ölkə sərhədlərini bağlayıb. Bütün hallarda ölkəyə səfər etmək istəyən turistlər üçün məhdudiyyətlər yenə də mövcuddur.

Belə ki, Danimarkanı görmək istəyən şəxslər ən azı 6 günlük Kopenhagendən kənar hotel rezervasiya etməlidir. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər