Tramp Minneapolisə qoşun göndərməyə hazırdır

Tramp Minneapolisə qoşun göndərməyə hazırdır

Əgər yerli hakimiyyətdən müvafiq sorğu daxil olsa, ABŞ hərbçiləri etirazlarla əlaqədar çox qısa zamanda Minneapolisə göndərilə bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Florida ştatına uçuşdan əvvəl jurnalistlərə bildirib.

"Onlar (yerli hakimiyyət-red) sərt olmalıdır, onlar ağıllı olmalıdır. Bizim hərbçilərimiz hazırdır. Əgər onlar birdən hərbçilərimizin (köməyini-red) istəsələr, hərbçilər çox tez həmin ərazidə ola bilərlər, ", - Vaşinqton administrasiyasının başçısı deyib.

Daha əvvəl mənbələrə istinadən “Associated Press” agentliyi bildirib ki, Pentaqon afroamerikalı Corc Floydun ölümü ilə əlaqədar etirazların başladığı Minneapolisə göndərilmə üçün hərbi polis bölməsinin hazırlığına göstəriş verib. 

REAL

Digər xəbərlər
Bu gün
Dünən