“Həyat“da karantini pozanlar (VİDEO)

“Həyat“da karantini pozanlar (VİDEO)
İstirahət mərkəzində qaydaları pozanlar polis tərəfindən saxlanılıb

Binəqədi Rayon 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən karantin qaydalarını pozan 6 nəfər paytaxt aşkarlanaraq bölməyə gətirilib.

Daha dəqiq həmin şəxslər saat 18:00-dan sonra Binəqədi Rayonu Pirşağı qəsəbəsində yerləşən "Həyat" istirahət mərkəzində yerində xidmətdən yararlanmağa çalışıblar. Polis əməkdaşları da onları elə yerindəcə saxlayıb.

Bölmədə həmin şəxslərlə Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyi tərəfindən profilaktik söhbətlər aparılıb və bir daha onların diqqətinə sanitar-karantin qaydalarına əməl etməyin vacibliyi çatdırılıb.

Həmçinin bölmədə həmin şəxslər polislər tərəfindən tibbi maskalarla da təmin ediliblər.

Karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi protokol tərtib olunub və onlar müvafiq qaydada cərimə ediliblər.

Həmin şəxslərin diqqətinə çatdırılıb ki, növbəti dəfə sanitar-karantin qaydalarını pozduqları təqdirdə inzibati qaydada həbs qərarı verilməsi üçün barələrində toplanan materiallar məhkəməyə göndəriləcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər