Milli Məclisin iclası keçirildi - VİDEO, YENİLƏNİB

Milli Məclisin iclası keçirildi - VİDEO, YENİLƏNİB
"Parlament müxalifəti" haqqında ayrıca qanun təklif olundu

Biz istərdik ki, tarixə obyektiv baxmaq istəyən hər kəsə kütləvi informasiya vasitələrimiz o həqiqətləri göstərsin.

Sənədlərlə tanışlıq bir daha sübut edir ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın hərbi, iqtisadi və siyasi cəhətdən ən zəif dövründə təslimçilik aktlarına bərabər sayıla biləcək onlarla diplomatik təklifləri, yaxud “sülh planı” adı altında hazırlanan sənədləri rədd edib. Bundan ötrü böyük cəsarət və iradə tələb olunurdu.

Bu fikirləri Milli Məclisin iclasında Komitə sədri Zahid Oruc çıxışı zamanı səsləndirib.

Millət vəkili həmçinin “Parlament müxalifəti” haqqında ayrıca qanun qəbul olunmasını təklif edərək bildirib ki,parlamentarizmin güclənməsi və demokratik idarəçiliyin möhkəmlənməsində belə hüquqi addımlar mühüm rol oynayacaq.

 

***

11:15

Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başlayıb.

Tibbi maskalardan istifadə etməməyə görə cərimələr müzakirə olunur

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər