Qusarda hasar uşaqların üstünə uçdu: 1-i öldü, 2-si yaralandı

Qusarda hasar uşaqların üstünə uçdu: 1-i öldü, 2-si yaralandı

Qusarda hasarın aşması nəticəsində faciə baş verib.

“Report”un xəbərinə görə, rayonun Cibir kəndində baş verən hadisə zamanı 2012-ci il təvəllüdlü Arif Əlisultanov, 2010-cu il təvəllüdlü Ramal Şeydayev, 2014-cü il təvəllüdlü Gülay Şeydayeva həyətdə oynayarkən həmin sahənin girəcəyində yerləşən, təxminən, 9-10 il əvvəl mişar daşı ilə hörülmüş hasar, həmçinin hasarın tərkib hissəsi olan daş tumbalar və dəmir qapı uçub.

Hadisə nəticəsində A.Əlisultanov açıq kəllə-beyin travmasıə alaraq hadisə yerində ölüb, digər uşaqlar isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdiriliblər.

Qeyd edək ki, hadisənin baş verdiyi həyət Valəddin Şeydayevə məxsusdur.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər