Moskvada qadağalar yumşaldılır - YENİLƏNİB, VİDEO

Moskvada qadağalar yumşaldılır - YENİLƏNİB, VİDEO
Ticarət mərkəzləri, müəssisələr, istirahət məkanları açılır

***

11:45

Rusiyada son sutka ərzində COVID-19-a 9035 nəfər yoluxub

Rusiya Federasiyasında COVID-19-a yoluxanların sayı 414878 nəfəri ötüb.

Belə ki, ölkədə koronovirus səbəbi ilə yaradılmış operativ qərargahın verdiyi məlumata görə, son sutka ərzində 9035 nəfərdə koronavirus aşkarlanıb. 

REAL-ın Rusiya bürosunun verdiyi məlumata görə, Rusiya Federasiyasında son sutka ərzində 162 nəfər COVİD-19 səbəbindən ölüb. Ümumiyyətlə isə ölkədə ölənlərin sayı 4855-ə yüksəlib. 

Operativ qərərgahın digər məlumatına əsasən ölkədə sağalanların sayı 175887-ə çatıb. Belə ki, son sutka ərzində 3994 nəfərdə sağalma qeydə alınıb. 

Qeyd edək ki, son sutka ərzində COVİD - 19 rusiyanın 84 reqionunda qeydə alınıb və yeni xəstələrin 40.1 %-də virus öz əlamətlərini büruzə verməyib.

REAL

Digər xəbərlər
Bu gün
Dünən