Dövlət Komitəsindən açıqlama - VİDEO

Dövlət Komitəsindən açıqlama - VİDEO
"Qobu-3"ə yalnız 2 universitetdə məskunlaşan şəxslər köçürüləcək

Bir qrup məcburi köçkün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısında aksiya keçirməyə cəhd edib.

Aksiya iştirakçıları mayın 28-də açılışı olan məcburi köçkünlər üçün salınmış "Qobu-3" yaşayış kompleksində onlara mənzil verilməməsinə etiraz ediblər.

Komitənin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev məsələylə bağlı REAL TV-yə açıqlama verdi.

İbrahim Mirzəyev məcburi köçkünlərin etirazına səbəb olan məsləyədə aydınlıq gətirdi.

Komitə rəsmisi qeyd etdi ki, bununla yanaşı paytaxt Bakıda və bölgələrdə məcburi köçkünlər üçün şəhərciklərin və yaşayış komplekslərinin tikintisi davam edir.

İbrahim Mirzəyev köçürülmə prosesinin hansı şərtlərlə həyata keçirildiyinə də münasibət bildirdi.

Komitə rəsmisi bildirdi ki, "Qobu-3" yaşayış kompleksinə yalnız Kaktus kimi tanınan ərazidə yerləşən inşaat və texniki universtetlərinin yataqxanalarında məskunlaşan məcburi köçkünlər köçürüləcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər