Nazirlər Kabineti Aparatında yeni təyinatlar olub

Nazirlər Kabineti Aparatında yeni təyinatlar olub

Nazirlər Kabineti Aparatının strukturunda yeni təyinatlar olub.

Bu barədə REAL-a Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

Belə ki, Xalid Qasımlı Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinin müdiri, Niyazi Rəhimov Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin müdiri, Musa Pənahov Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri təyin ediliblər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər