“İxrac icmalı“nın may sayı (VİDEO)

“İxrac icmalı“nın may sayı (VİDEO)
Azərbaycan qeyri-neft sektoru üzrə 549 mln dollar ixrac reallaşdırıb

2020-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandan qeyri-neft sektoru üzrə 549 milyon dollar dəyərində ixrac reallaşdırılıb.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-aprel ayları ərzində koronavirus pandemiyasının təsiri nəticəsində qeyri-neft sektoru üzrə ixrac 5,8 faiz azalıb.

Belə ki, bu ilin yanvar-aprel ayları ərzində Rusiyaya 186,2 milyon, Türkiyəyə 122,2 milyon, Gürcüstana 58,8 milyon, İsveçrəyə 48,5 milyon və Çinə 18,1 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin department rəhbəri Nicat Hacızadə “İxrac İcmalı”nın 2020-ci ilin may sayını təqdim edərkən bildirib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər