Buraxılış imtahanlarında yeni qaydalar - VİDEO

Buraxılış imtahanlarında yeni qaydalar - VİDEO
Hər bir şəxs öz məktəbinin yerləşdiyi rayonda imtahan verəcək

"İyun ayında imtahanlarda iştirak edəcək 190 min nəfər üçün mövcud vəziyyətlə bağlı yeni qaydalar tərtib edilib".

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə onlayn keçirilən mətbuat konfransında bildirdi.

Məleykə Abbaszadə abituriyenlərə və onların validenlərinə müraciət edərək bildirdi ki, imtahan keçiriləcək yerə buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlsinlər. İmtahan binalarının qabağında toplaşmasınlar və sosial məsafəni gözləsinlər.

DİM-in sədri həmçinin bildirdi ki, Hər abituriyent imtahana gələrkən ailəsində koronavirus xəstəsinin olmaması ilə bağlı bəyannamə gətirməlidir.

Hər bir şəxs özü məktəbinin yerləşdiyi rayonda imtahan verəcək.


İmtahan zallarında 15 nəfərdən artıq şəxsin olması qadağandır. İmtahanlarda 15 minə yaxın nəzarətçi müəllim iştirak edəcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər