“Təhsiliniz gələcəyimizdir“ (VİDEO)

“Təhsiliniz gələcəyimizdir“ (VİDEO)
"ASAN xidmət" və "Rabitəbank"ın birgə təşəbbüsü ilə layihə reallaşıb

"Təhsiliniz Gələcəyimizdir" layihəsi reallaşdırılıb

“ASAN xidmət” və “Rabitəbank” ASC-nin birgə təşəbbüsü ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində “Təhsiliniz Gələcəyimizdir" layihəsi reallaşdırılıb.

Sosial təşəbbüs çərçivəsində uzaqdan təhsilə uşaqlar uzaq qalmasın deyə Tərtərin Əskipara kəndinin həssas əhali qrupuna aid edilən ailələrinin üzvü olan və tədris müddətində fərqlənən şagirdlərinə notbuklar, həmçinin 1 illik pulsuz internet paketləri təqdim olunub.

Layihənin məqsədi COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi dövründə təşkil olunan onlayn tədris prosesinə internet imkanlarının məhdudluğu səbəbindən qoşula bilməyən şagirdlər üçün bu cür imkanları və fasiləsiz təhsili təmin etmək, yeni bilik və bacarıqlar əldə etmələrinə dəstək göstərməkdir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər