Etirazlar fonunda neftin qiyməti - VİDEO

Etirazlar fonunda neftin qiyməti - VİDEO
Neft bazarında müsbət dinamika müşahidə olunur

Dünya bazarında neftin qiyməti yenidən düşüb.

Londonun ICE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,27 dollar geriləyərək 37,57 dollar, Nyu-Yorkun NYMEX birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,26 dollar ucuzlaşaraq 35,23 dollar təşkil edib. Sinqapurun “Channel News Asia” xəbər agentliyinin verdiyi məlumata görə OPEC+ ölkələrinin aprelin əvvəlində əldə etdiyi razılaşmaya baxmayaraq ABŞ-ın böyük şəhərlərində mayın 28-dən başlayan ixtişaşlar fonunda neft bazarında qiymətlər aşağı düşüb.

Qeyd edək ki, bu ixtişaşlara səbəb ABŞ polisi tərəfindən zorakılığa məruz qalan afroamerikalının sonradan ölməsidir. Bununla da ölkənin 40-a yaxın böyük şəhərində komendant saatı elan olunub. Energetika üzrə ekspert, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Emin Axundzadə bildirir ki, qeyd olunan hadisə ilə bağlı tətbiq edilmiş karantin müvəqqəti xarakter daşıdığından bunun neft qiymətlərinə hər hansı ciddi təsiri müşahidə edilmir.

Hazırda neft bazarlarında müsbət dinamika müşahidə edilməkdədir. OPEC və tərəfdaşları hasilat məhdudiyyətlərini qısamüddətlik uzatmağı nəzərən keçirir.

Hazırda “OPEC+” istehsal məhdudiyyətlərinin qısa bir müddətə uzadılmasını qiymətləndirir. Buna görə də, OPEC planlaşdırılan tarixdən bir neçə gün əvvəl - iyunun 4-də iclas keçirə bilər.

Qeyd edilir ki, OPEC və digər qeyri-OPEC neft istehsalçıları mövcud məhdudiyyətlərin 1 və ya 3 aya qədər uzadılmasını düşünür.

Qeyd dək ki, iyunun 9-da OPEC Nazirlər Şurasının 179-cu iclasının videokonfrans formatında təşkili, iyunun 10-da isə OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfransla 11-ci görüşünün keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin bu il aprelin 9-u və 12-də keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyun aylarında 9,7 milyon barrel, iyul-dekabr aylarında 7,7 milyon barrel, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 milyon barrel azaldılmasını nəzərdə tutan “Əməkdaşlıq Bəyannaməsi”nə Azərbaycan da qoşulub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər