Donald Tramp: "ABŞ ordusunu göndərərək məsələni sürətli şəkildə həll edəcəyəm”

Donald Tramp:

ABŞ Prezidenti Donald Tramp “Əgər ştat rəhbərləri bu şiddətin qarşısını almasa və lazımlı tədbirləri görməsə, ABŞ ordusunu göndərərək məsələni sürətli həll edəcəyəm”

REAL-ın ABŞ Bürosu xəbər verir ki, bu sözləri ABŞ prezidenti Ağ Evdə verdiyi mətbuat konfransında deyib.

Günlərdir ABŞ-ın bir çox ştatında etirazlar dayanmadan davam edir. Etirazçılar hər kəsə hücum edir,  cinayət və vandallıq törədirlər.

Bu günə qədər polis etirazçılara ancaq gözyaşardıcı silahla və rezin güllələrlə reaksiya verib.

Ölkədə sakit və sülhməramlı etirazlara icazə verilir amma etirazlar artıq qorxulu hal almağa başlayıb.

Prezident Tramp vandalizm edən və qadağalara baxmayaraq küçələrə çıxan etirazçıların həbs olunması barədə göstəriş verib.

Qeyd edək ki, ABŞ -ın bir çox ştatlarında komendant saatı tədbiq olunub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər