Meksikada "COVID-19"dan ölənlərin sayı 10 mini keçib

Meksikada

Meksikada koronavirusa yoluxma ilə bağlı aşkarlanmış halların ümumi sayı 93 435 təşkil edir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

"Hazırkı ana qədər Meksika ərazisində təəssüf ki, 10 167 insan ölüb", - deyə Səhiyyə Nazirliyinin Epidemiologiya şöbəsinin başçısı Xose Luis Alomia keçirdiyi mətbuat konfransının gedişatında bildirib. 

Son 24 saatda Səhiyyə Nazirliyi COVID-19-la bağlı 237 ölüm hadisəsini qeyd edib, daha 851 ölüm hadisəsi şübhəli kimi tədqiq olunur.

Meksikada koronavirusa ilk yoluxma 28 fevralda aşkarlanıb. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər