Dövlət başçısı: “2 şirkətlə müqavilə imzalanıb” - VİDEO

Dövlət başçısı: “2 şirkətlə müqavilə imzalanıb” - VİDEO
"Şimal-cənub istiqamətində dəmir yolumuzun bərpası prosesindəyik"

"Bu il və ötən il yatırılmış müəyyən investisiyalara görə Azərenerji minimum 600 meqavat səviyyəsində mövcud elektrik enerjisi stansiyalarının məhsuldarlığını artıra bilmişdir və bu proses davam edir. Bizim ən böyük və Qafqazda ən böyük olan Mingəçevir elektrik stansiyamız tamamilə bərpa edilmişdir və ola bilsin ki, 1 və ya 2 ay müddətində bərpa işlərindən sonra açılacaqdır".

REAL xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının təşəbbüsü ilə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfransda deyib.

Dövlət başçısı hazırda bərpa olunan enerji mənbələri üzərində fəal şəkildə işlədiyimizi və bu sahədə fəaliyyət göstərən iki böyük şirkətlə bu ilin yanvar ayında artıq iki ilkin müqavilə imzalandığını bildirib.
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər