Azərbaycanlı futbolçunun komandası aşağı dəstəyə düşdü

Azərbaycanlı futbolçunun komandası aşağı dəstəyə düşdü

Futbol üzrə Bosniya və Herseqovina çempionatı vaxtından əvvəl başa çatıb. 

"Report" Bosniya və Herseqovina Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı qərar qurumun İcraiyyə Komitəsinin videokonfransında qəbul edilib. 

22 turdan sonra 45 xala malik "Sarayevo" çempion olub. İkinci yeri isə 42 xalla "Jelezniçar" tutub. 

Azərbaycanlı futbolçu Elvin Yunuszadənin çıxış etdiyi "Çelik" 17 xalla 11-ci olduğu üçün aşağıdakı dəstəyə düşüb. 8 xalla sonuncu - 12-ci yerdə olan "Zviezda" da eyni aqibətlə üzləşib. 

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər