Metro və avtobuslarda maskadan istifadə etmək mütləqdir - VİDEO

Metro və avtobuslarda maskadan istifadə etmək mütləqdir - VİDEO
Vətəndaşların tibbi maska məsuliyyəti

Xüsusi karantin rejiminin yumşaldılması ilə iş və xidmət sahələrinin fəaliyyəti bərpa olundu. Bununla da ictimai nəqliyyatdan istifadə edənlərin sayı çoxalıb. Bu səbəbdən virusa yoluxanların sayı da çoxalıb. Unutmayaq ki, virus hava və damcı yolu insandan insana keçir. Elə buna görədə yoluxmamaq üçün tibbi maska və digər qoruyucu vasitələrdən istifadə mütləqdir.

Bəs vətəndaşlar tibbi maskadan istifadə edirmi ? Aidiyyatı qurumlar bu istiqamətdə hansı işləri görür?

Suallarımıza BNA-nın mətbuat katibi Mais Ağayev cavab verdi.

Avtobuslarla yanaşı metrodakı vəziyyəti də öyrənmək üçün Bakı Metropoliteninə üz tutduq. Qurumun mətbuat katibi bildirdi ki, sərnişinlər metroya tibbi maskasız buraxılmır, bununla yanaşı bütün sərnişinlərin hərarəti yoxlanılır.

Qeyd edək ki, iyunun 2-dən etibarən Milli Məclisin qərarı ilə qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlər cərimələnəcək.

Belə ki, fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə ediləcəklər.

Digər xəbərlər
Bu gün
Dünən