Braziliyada koronavirusa yoluxanların sayı 555 mini ötüb

Braziliyada koronavirusa yoluxanların sayı 555 mini ötüb

Braziliyada son sutka ərzində 28 936 insan koronavirus infeksiyasına yoluxub.

Ümumilikdə ölkədə "COVID-19"a  555 min 383 nəfər yoluxub. Bu nəticə ilə ABŞ-dan sonra Braziliya dünya üzrə koronavirusa yoluxma sayına görə 2-ci yerdədir.

REAL "CNN"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Məlumatda bildirilib ki, ötən gün ərzində ölkədə 1,262 nəfər bu virusdan həyatını itirib. Bununla da, Braziliyada bu günə qədər koronavirusdan ölənlərin sayı 31 199 nəfərə çatıb.  

Qeyd edək ki, Braziliyada yoluxmaların episentri Sao Paolo şəhəridir. Burada ötən gün 327 ölüm faktı qeydə alınıb. Ümumilikdə isə Sao Paoloda 7 994 nəfər koronavirusun qurbanı olub.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər