Meksikada ötən gün koronavirusa yoluxma sayında antirekord qeydə alınıb

Meksikada ötən gün koronavirusa yoluxma sayında antirekord qeydə alınıb

Meksikada ötən gün 3 891 nəfər “COVID-19”a yoluxub, 470 nəfər isə bu virusdan həyatını itirib. Qeyd edək ki, sutka ərzində koronavirusa yoluxma sayına görə ölkənin ən pis göstəricisi dünən qeydə alınıb.

REAL “CNN”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, ümumilikdə Meksikada 97,326 təsdiqlənmiş “COVID-19” xəstəsi var və 10 637 nəfər bu virusun qurbanı olub. 

Xatırladaq ki, yoluxma sayına görə Meksika Latın Amerikası ölkələri arasında Braziliya və Perunun ardından üçüncüdür.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər