ÜST rəsmisi REAL-ın sualını cavablandırıb - VİDEO

ÜST rəsmisi REAL-ın sualını cavablandırıb - VİDEO
H.Klyuqe: ÜST-ün İanə Fondu Azərbaycan təcrübəsindən bəhrələnib

Biz yaxşı bilirik ki, Azərbaycan koronavirusla mübarizə üçün fond yaradıb. Bu böhrana qarşı mübarizədə hamı birləşməlidir, həm dövlət səviyyəsində, həm də özəl sektor bu prosesə cəlb olunmalıdır. Bu, birlikdə çalışmaqla əldə ediləcək uğura çox gözəl nümunədir.bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional bürosunun direktoru Hans Klyuge online brifinqdə REAL-ın xüsusi müxbiri Kamran Qasımovun sualını cavablandırarkən deyib.

Biz bilirik ki, prezident İlham Əliyev koronavirusla mübarizə fondu yaradıb. Bu təcrübə özünü qlobal əməkdaşlıqda göstərdi. Qlobal və ictimai əməkdaşlıq çərçivəsində doktor Teodros belə bir fond yaratdı. Bu çox böyük çətinlikdir. Bu ondan xəbər verir ki, hamımız birlikdə bu virusa qalib gələ bilərik. Dövlət, özəl biznesin birliyin çərçivəsində bu mümkündür. Hamımızın birlikdə əməkdaşlıq etməsi çox yaxşı nümunədir. Mən dövlətlərə üzümü tutaraq, onlardan maddi vəziyyəti pis olanlara kömək etməyi xahiş edirəm. Söhbət təkcə psixoloji dəstəkdən getmir. Eyni zamanda iş yerini itirmiş və maliyyə çətinliyi yaşayanlara kömək etmək lazımdır. Azərbaycan da Rusiya Federasiyası Qazaxıstan kimi bu məsələdən çıxış yolları tapa bildilər.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər