Müvəqqəti vergi rejimi başladı - VİDEO

Müvəqqəti vergi rejimi başladı - VİDEO
Vergi ödəyicilərinə güzəşt və tətillər qüvvəyə mindi

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar vergi güzəşt və azadolmaları qüvvəyə minib. Bununla bağlı Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklikləri təsdiq edib. Dəyişikliklərə əsasən, müvəqqəti vergi rejiminin tətbiq edildiyi şəxslərə aşağıdakı vergi növləri üzrə güzəşt və azadolmalar tətbiq edilir:

- əmlak və torpaq vergiləri üzrə 100%;

- mənfəət (gəlir) vergisi üzrə 75%;

- Sadələşdirilmiş vergi üzrə 50%.

Beləliklə, ölkədə koronavirus (COVID-19) pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar müvəqqəti vergi rejiminin tətbiqinə başlanılıb. Dəyişikliklərə əsasən, vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı ümumi müddəalar müəyyən edilib. Bu müddəalar yalnız 2020-ci il ərzində tətbiq edilir və gələn ildən vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Müvəqqəti vergi rejiminin tətbiq edildiyi mikro sahibkarlıq subyekti olmayan vergi ödəyiciləri hesablanmış vergini bu il sentyabrın 1-nə qədər ödəyə bilərlər.

REAL

Digər xəbərlər
Bu gün
Dünən