Narkotik becərən şəxs saxlanılıb - VİDEO

Narkotik becərən şəxs saxlanılıb - VİDEO
A.Şirinovun yetişdirdiyi 18 ədəd çətənə kolu müsadirə edilib

Salyanda narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanılıb.

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxil olmuş məlumat əsasında keçirilən tədbir nəticəsində rayonun Qardili kəndi ərazisində Qırxçıraq qəsəbə sakini Aslan Şirinovun kultivasiya yolu ilə yetişdirdiyi 18 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Aslan Şirinov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər