Bəşəriyyətin koronavirus sınağı (VİDEO)

Bəşəriyyətin koronavirus sınağı (VİDEO)
BMT və Avropa Birliyinin nümayəndələri "COVID-19"la bağlı vebinarda

Qlobal pandemiya şəraitində çoxtərəfliliyə daha çox ehtiyac duyuruq. İndi elə bir vaxtdır ki, beynəlxalq əməkdaşlıqlar müəyyən mənada zəifləyir. Çoxtərəflilik özü də indi təzyiq altındadır və proteksionizmə, populizmə uduzur, terrorizm, iqlim dəyişikliyi və digər problemlərin həllində qlobal reaksiya lazım olduğu halda parçalanmaya doğru gedir.

Bunu "COVID-19 böhranı zamanı çoxtərəfliliyin müqəddəratı" adlı vebinarda BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai deyib.

O, koronavirus pandemiyasını bəşəriyyət qarşısında bir sınaq adlandırıb:

Vebinarda iştirak edən BMT-nin İnkişaf Proqramının Azərbaycancadakı rezident əlaqələndiricisi Alessandro Frakasetti müzakirə olunan məsələlərin kifayət qədər mürəkkəb və müxtəlif şərhlərə, hətta, münaqişələrə açıq olduğunu bildirdi.

Avropa Birliyinin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Yankauskas Kestutis də vebinarda iştirak edib.

Qeyd edək ki, vebinarı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi təşkil edib.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər