“Emil ilə nahar” caz konserti - FOTO

“Emil ilə nahar” caz konserti - FOTO

Azərbaycan Demokratik Respublikasının 102-ci ildönümünü qeyd etmək məqsədi ilə 30 May tarixində ABŞ-da fəaliyyət göstərən Azərbaycan-Amerika Musiqi Fondunun (AAMF) təşəbbüsü və təşkilatçılığı ilə tanınmış pianoçu Emil Afrasiyab və müğənni Leyla Babayeva Afrasiyabın iştirakı ilə"Emil ilə nahar" adlı virtual caz konsert proqramı təşkil olunub.

Proqramda Emil Əfrasiyabın orijinal kompozisiyaları, xalq mahnılarının aranjımanları, və Tofiq Quliyev, Fərhad Bədəlbəyli, Rauf Hacıyev, Vaqif Mustafazadə kimi Azərbaycan bəstəkarının əsərləri səsləndirilib.
 
Virtual konsertin tamaşaçıları Leyla Babayeva-Əfrasiyabın ifasında İbrahim Topçubaşevin "Nə Bəxtiyardir", Tofiq Quliyevin "Yol Ayricında" və "Tez Gəl" kimi məşhur Azərbaycan mahnılarını dinləməkdən zövq alıblar.

Müğənni özünə məxsus səs tembri, zəngin çalarları ilə dinləyiciləri və pərəstişkarları heyran edib.
 
Emil Əfrasiyab konsert programını "İki dünya"adlı orijinal kompozisiyası ilə başlayaraq "Əzizə" əsərı ilə yekunlaşıb.  Qeyd edək ki, "Əzizə" əsərı məşhur “caz şahzadəsi” Əzizə Mustafazadənin sənətindən ilhamlanaraq yaradılıb.
 
Həmkarları tərəfindən "bənzərsiz istedad və sənətinə sədaqətli musiqiçi" kimi tanınan Emil Afrasiyab hazırda dünyanın ən məşhur musiqi kolleclərindən birində, ABŞ-ın Massaçusets ştatının Boston şəhərindəki Berkli Kollecində təhsilini davam etdirir. İfaçı peşəkarlar arasında ehtiraslı, texniki cəhətdən bacarıqlı və intuitiv çıxışları ilə tanınır. O həm də bəstəkar və aranjimançı kimi də fəaliyyət göstərır.
 
"Emil ilə nahar" konsertinə dəvət olunanlar arasında Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov və həyat yoldaşı Lalə Süleymanova olub. Konsertin dinləyiciləri olaraq Diaspora ilə İş üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Lalə İsmayılova, Vaqif Mustafazadə Ev Muzeyinin direktoru və Vaqif Mustafazadə Fondunun sədri Afaq Əliyeva, Azərbaycanın xalq artisti Ənvər Sadıxov və digər fəxri qonaqlar da iştirak ediblər.
 
AAMF-in təəsisçisi və icraçı direktoru Dr. Cəmilə Cavadova-Spitzberqin rəhbərlik etdiyi AAMF təşkilatı Azərbaycan musiqisini ABŞ-da və Amerika Musiqisini Azərbaycanda tanıtmaqla məşhurdur. Belə ki, 2020-ci ilin aprel ayında təşkilat həmçinin görkəmli Azərbaycan bəstəkarı Asəf Zeynallının "Muğam üslubunda Fantaziyasının” ən yaxşı ifası üçün virtual aləmdə beynəlxalq müsabiqəsinə də start verib. Müsabiqənin fəxri hakimləri Julia Bushkova (ABŞ) və Zəhra Quliyevadır (Azərbaycan). Müsabiqənin nəticələri 2020-ci ilin avqust ayının ortalarında elan ediləcək.

REAL-ın AMERİKA bürosu

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər