Güzəştlərin tətbiqinə başlanılır (VİDEO)

Güzəştlərin tətbiqinə başlanılır (VİDEO)
Vergi güzəşt və azadolmaları qüvvəyə minib

Azərbaycanda pandemiyanın yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar vergi güzəşt və azadolmaları qüvvəyə minib.

Bununla bağlı Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklikləri təsdiq edib.

Dəyişikliklərə əsasən, müvəqqəti vergi rejiminin tətbiq edildiyi şəxslərə güzəşt və azadolmalar belədir.

- əmlak və torpaq vergiləri üzrə 100%;

- mənfəət (gəlir) vergisi üzrə 75%;

- Sadələşdirilmiş vergi üzrə 50%;


Bu müddəalar yalnız 2020-ci il ərzində tətbiq edilir. Gələn ildən vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçiriləcək.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər