Braziliyada koronavirusa yoluxanların sayı 584 mini keçib

Braziliyada koronavirusa yoluxanların sayı 584 mini keçib

Braziliyada son sutka ərzində 28 633  insan koronavirus infeksiyasına yoluxub.

Ümumilikdə ölkədə "COVID-19"a  584 min 16 nəfər yoluxub. Bu nəticə ilə ABŞ-dan sonra Braziliya dünya üzrə koronavirusa yoluxma sayına görə 2-ci yerdədir.

REAL "CNN"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Məlumatda bildirilib ki, ötən gün ərzində ölkədə 1349 nəfər bu virusdan həyatını itirib. Bununla da, Braziliyada bu günə qədər koronavirusdan ölənlərin sayı 32 548 nəfərə çatıb.  

Qeyd edək ki, Braziliyada yoluxmaların ən çox yayıldığı regionlardan biri Rio de Janeyro şəhəridir. Burada ötən gün 324 ölüm faktı qeydə alınıb. Ümumilikdə isə Rio de Janeyroda 6010  nəfər koronavirusun qurbanı olub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən