Danimarka klubu "Neftçi" və "Qarabağ"ın sabiq məşqçisi ilə vidalaşdı

Danimarka klubu

Danimarkanın "Orxus" klubu məşqçisi Ruben Selles ilə yollarını ayırıb. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Davil Nilsenin köməkçisi olan 37 yaşlı ispaniyalı mütəxəssisin müqaviləsi yenilənməyib. 

Selles özünü başqa bir klubda sınamaq üçün bu addımı atdığını vurğulayıb. 

Qeyd edək ki, Ruben Selles 2012 - 2014-cü illərdə "Neftçi"də, 2015 - 2017-ci illərdə isə "Qarabağ"da baş məşqçilərin köməkçisi vəzifəsini yerinə yetirib. O, 2018-ci ildən "Orxus"da işləyir.  

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən