Çempionlar Liqasının finalı üçün namizədlər bəlli oldu

Çempionlar Liqasının finalı üçün namizədlər bəlli oldu

Futbol üzrə Çempionlar Liqasının finalını qəbul etməyə daha bir namizəd ortaya çıxıb. 

"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, Avropa futbol qurumu qitənin bir nömrəli klub turnirini 1/4 finaldan başlayaraq mini-çempionat şəklində keçirməyi planlaşdırır. 

Yarışın təşkili üçün Portuqaliya, Rusiya və Almaniya təklif irəli sürüb. UEFA ev sahibi ölkənin 100 km radiusda dörd stadion ayırmasını istəyir. 

Qeyd edək ki, Çempionlar Liqasının finalı İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçirilməlidir. UEFA avrokubokları martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırıb. İcraiyyə Komitəsi iyunun 17-də turnirlərlə bağlı qərarını verəcək. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən