Corc Floyd koronavirusa yoluxubmuş

Corc Floyd koronavirusa yoluxubmuş

25 May tarixində Mineapolis şəhərində polis tərəfindən öldürülən qaradərili Corc Floydun COVID-19 testi müsbət çıxıb.

Tibb Müayinəsi Ofisi tərəfindən nəşr olunan 20 səhifəlik sənəddə, Corc Floydun cəsədində 3 aprel tarixində aparılmış test nəticəsində COVID-19 virusunun genetik kodu aşkarlanıb.

Xatırladaq ki, keçmiş Minneapolis polis məmuru Derek Chauvin saxta 20 dollarlıq əskinasdan istifadə etməkdə şübhəli bilinən Floydun boynunda dizini 8 dəqiqə sıxaraq onun ölümünə səbəb olmuşdu. Bundan sonra ABŞ – da etirazlar başladı.

REAL-ın ABŞ bürosu

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən