Rusiyada COVID-19-dan ölənlərin sayı 5384 nəfər yüksəlib

Rusiyada COVID-19-dan ölənlərin sayı 5384  nəfər yüksəlib

Rusiya Federasiyasında COVID-19-a yoluxanların sayı 441108 nəfəri ötüb.

Belə ki, ölkədə koronovirus səbəbi ilə yaradılmış operativ qərargahın verdiyi məlumata görə, son sutka ərzində 8831nəfərdə koronavirus aşkarlanıb. 

REAL-ın Rusiya bürosunun verdiyi məlumata görə, Rusiya Federasiyasında son sutka ərzində 169 nəfər COVİD-19 səbəbindən ölüb. Ümumiyyətlə isə ölkədə ölənlərin sayı 5384-ə yüksəlib. 

Operativ qərərgahın digər məlumatına əsasən ölkədə sağalanların sayı 204623-ə çatıb. Belə ki, son sutka ərzində 8666 nəfərdə sağalma qeydə alınıb. 

Qeyd edək ki, son sutka ərzində COVİD -19 Rusiyanın 88 regionunda qeydə alınıb və yeni xəstələrin 38,2 %-də virus öz əlamətlərini büruzə verməyib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər