Daşkəsəndə qadın müəmmalı şəkildə qətlə yetirilib

Daşkəsəndə qadın müəmmalı şəkildə qətlə yetirilib

Daşkəsən rayonunda qadın öldürülüb.

“Report”un xəbərinə görə, rayonun Əhmədli kəndinin sakini Elgün Abbasova qətlə yetirilib.

E.Abbasovanın qətlinin kim tərəfindən törədildiyi araşdırılır. Belə ki, qadının atası Elşah Abbasov hüquq-mühafizə orqanlarına qızını qətlə yetirdiyini bildirib.

Qadının qardaşı Elvin Abbasov isə hüquq-mühafizə orqanlarına bacısını qısqanclığa görə məhz özünün öldürdüyünü deyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi ilə bağlı Daşkəsən Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər