Banklar 100-ə yaxın şəxsə kiçik biznes qurmaq üçün aktivlər təqdim edib

Banklar 100-ə yaxın şəxsə kiçik biznes qurmaq üçün aktivlər təqdim edib

Prezident İlham Əliyevin təşəbbüsünə uyğun olaraq, banklar tərəfindən özünüməşğulluq proqramına dəstək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Banklar Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində proqramı iştirakçılarına aktivlərin verilməsi davam edir.

Nazirlikdən REAL-a verilən məlumata görə, artıq 100-ə yaxın proqram iştirakçısına seçdikləri fəaliyyət sahəsi üzrə kiçik bizneslərini qurmaq üçün banklar tərəfindən mal və materiallar formasında aktivlər təqdim edilib.

Ümumilikdə isə əməkdaşlıq çərçivəsində respublika üzrə təlimləri uğurla başa vuran və biznes planlarını müdafiə etmiş 1000 nəfər proqram iştirakçısının banklar tərəfindən aktivlərlə təmin edilməsi nəzərdə tutulub.

Digər xəbərlər
Bu gün
Dünən