Məsuliyyətsizliyin nəticəsi (VİDEO)

Məsuliyyətsizliyin nəticəsi (VİDEO)
"Vətəndaşlar həftəsonu qadağasına əməl etməlidir"

COVID 19-A yoluxanların sayı yumuşalmadan sonra insanlarımızın qaydalara əməl etməməsi üzündən sürətlə artmağa başladı. 325 yoluxma və 5 ölüm faktı bu çox ciddi narahatlıq doğurur. Millət vəkili Qənirə Paşayevanın fikrincə Yoluxma sayının artmaması üçün dövlət bu addımları atmağa məcburdur.

Millət vəkilinin sözlərinə görə yumuşalma dövründə vətəndaşlara dedilər ki, daha məsuliyyətli olun, hər kəs öz üzərinə düşən məsuliyyəti dərk etsin. Çünki yoluxma sayı artarsa karantin sərtləşdiriləcək.

Qənirə Paşayeva bildirdi ki, vətəndaşlarımız həftəsonu qadağasına mütləq şəkildə əməl etməlidir.Qaydaları pozmağa çalışmamalıdır.

Millət vəkili qeyd etdi ki,karantin rejiminin sərtləşdirlməsi ya da yumşaldıması öz əlimizdədir. Hər kəs öz üzərinə düşən məsuliyyəti dərk etməlidir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər