SOCAR-ın fəaliyyətində yeni mərhələ - VİDEO

SOCAR-ın fəaliyyətində yeni mərhələ - VİDEO
Cənubi Qafqaz Boru Kəmərinin operatorluğu BP-dən SOCAR-a keçdi

Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğu BP şirkətindən SOCAR-a keçib. Proses Şahdəniz-2 və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihələrinə dair yekun investisiya qərarı çərçivəsində 2013-cü ildə imzalanmış Müqaviləyə uyğun baş tutub.

Cənubi Qafqaz Boru Kəməri Avropaya qaz nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin əsas hissələrindən biridir və səhmdarları BP, TPAO, SOCAR, Cənub Qaz Dəhlizi , PETRONAS , LUKOYL və NİKO şirkətləridir. Boru kəməri Şahdəniz-2 çərçivəsində əlavə hasilat həcmlərinin qəbulu, Türkiyə və Avropaya qazın ixracı üçün genişləndirilib. kəmərin genişləndirilmiş hissəsi 2018-ci ildən Türkiyəyə qaz nəqlinə başlayıb. Bu ildən isə ilk dəfə olaraq Şahdəniz qazının Avropaya ixracına imkan yaradacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər