ÜST: Son sutkada dünyada koronavirusa 118 mindən çox insan yoluxub

ÜST: Son sutkada dünyada koronavirusa 118 mindən çox insan yoluxub

Dünyada koronavirusa youxanların sayı 6,5 milyonu ötüb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada son bir gün ərzində koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 120 minə yaxın artıb. Pandemiya ərzində ümumilikdə 387 mindən çox insan ölüb.

Qeyd edilir ki, son bir gün ərzində infeksiyaya 118 526 yoluxma qeydə alınıb, COVID-19-dan 4 288 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 6 535 354 təşkil edir. Ölüm hallarının sayı 387 155-ə çatıb.

Virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb – 3 084 517. Avropada 2 230 706 insan COVID-19-a yoluxub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər