Pay torpaqlarının istifadəsi - VİDEO

Pay torpaqlarının istifadəsi - VİDEO
"Torpaqdan istifadə etməyənlərə qarşı mübarizə sərtləşdirilməlidir"

Kənd təsərrüfatı torpaqlarının təyinatının qeyri-qanuni dəyişdirilməsinə, yaxud da onlardan istifadə etməyənlərə qarşı mübarizə sərtləşdirilməlidir.

Belə bir təkliflə Parlamentin iclasında Milli Məclisin üzvü Tahir Mirkişili çıxış edib. Deputat hesab edir ki, həmin torpaqların dövriyyəyə daxil edilməsi aqrar sahənin inkişafı üçün vacibdir.

Hazırda Azərbaycanın əkinə yararlı torpaq fondu 5 milyon 800 min hektardır. Onun isə 1 milyon 800 min hektarı əkin dövriyyəsinə daxil edilib. Mütəxəssislər isə torpaqdan səmərəli istifadə üçün daha çox stimullaşdırıcı tədbirləri vacib hesab edir.

Qeyd edək ki, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Saziş imzalanıb.

Sazişə əsasən, hər üç qurum istifadə olunmayan kənd təsərrüfatı təyinatlı torpaqların yenidən dövriyyəyə qaytarmaq, torpaqlardan yerli şəraitə uyğun səmərəli istifadə etmək üçün təsirli tədbirlər görmək öhdəliyi götürüb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər