Virusla mübarizədə Türkiyə təcrübəsi - VİDEO

Virusla mübarizədə Türkiyə təcrübəsi - VİDEO
Türkiyədə həftəsonu məhdudiyyətlər yoluxma sayını azaldıb

Ölkədə tətbiq edilən həftəsonu məhdudiyyətləri başqa ölkələrdə də tətbiq edilir. Türkiyə təcrübəsinə nəzər salsaq görərik ki, həftəsonu məhdudiyyətləri sayəsində bu ölkədə yoluxma sayı azalıb.

Həftəsonu məhdudiyyətlər o demək deyil ki, həftə içi insanlar rahatlaşmalıdılar. İstər həftəsonu istərsə də həftə içi insanlar qaydalara əməl etməli və zərurət olmadığca evdə qalmalıdırlar.

Ekspertlərin fikrincə dünyada hökm sürən bu vəziyyət ilin sonuna qədər davam edəcək. İnsanlar bu qaydalarla yaşamağa öyrəşməlidirlər. Virusa yalnız bu cür qalib gəlmək mümkündür.

Qeyd edək ki, ölkədə tətbiq edilən həftəsonu məhdudiyyətləri bazar ertəsi saat 06:00-a qədər davam edəcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər