Biçində 1079 kombayn iştirak edir (VİDEO)

Biçində 1079 kombayn iştirak edir (VİDEO)
Taxıl sahələrinin 5,7 faizində biçin başa çatıb

Bu il Azərbaycanda 1 milyon hektardan artıq sahədə taxıl əkilib. Sahələrin 640.977 hektarı buğda, 369.240 hektarını arpa əkinləri təşkil edir. İyunun 5-dək ölkə üzrə taxıl sahələrinin 5,7 faizində biçin başa çatıb. Ümumilikdə 57.977 ha sahə biçilib. Hazırda biçin əsasən arpa sahələrində aparılır. Bu günədək biçilmiş 57577 hektar arpa sahəsindən 171.808 ton məhsul yığılıb ki, bu da orta məhsuldarlığın 29,6 sent/ha təşkil etməsi deməkdir.

Biçin prosesinə hələlik 1079 kombayn cəlb olunub. Bunlardan 358-i "Aqrolizinq" ASC-nin biçin aparılan rayonlardakı aqroservislərində olan kombaynlardır.

İyunun 5-dək "Aqrolizinq" ASC-nin kombaynların ilə 23226,7 hektar sahədə biçin aparılıb. Qalan sahələr isə hüquqi və fiziki şəxslərin kombaynları ilə biçilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər