Türkiyədə koronavirus səbəbiylə 21 nəfər ölüb

Türkiyədə koronavirus səbəbiylə 21 nəfər ölüb
Bu gün youxanların sayı 878 nəfər olub

Türkiyədə yeni növ koronavirus (COVID-19) səbəbiylə həyatını itirənlərin sayı 21 nəfər artaraq 4 min 669-a yüksəlib. 

Son 24 saat ərzində 35 min 846 test keçirilib və daha 878 nəfərə koronavirus diaqnozu qoyulub.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat paylaşıb. Ümumi yoluxanların sayı 169 min 218 nəfərdir.

24 saat ərzində 1922 nəfər sağalıb. ümumi sağalanların sayı 135,322-ə yüksəlib.

Səhiyyə naziri Fahrettin Koca da şəxsi Twitter hesabında koronavirusla bağlı yeni rəqəmləri açıqlayıb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər